
Almaniya Ukraynaya əlavə IRIS-T HHM sistemləri tədarük edəcək
Ukrayna Müdafiə Nazirliyi və Almaniyanın “Diehl Defence” şirkəti arasında IRIS-T hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü ilə bağlı müqavilə imzalanıb.
“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müqavilənin ümumi dəyəri 2.2 milyard avro təşkil edir.
Müqaviləyə IRIS-T HHM sistemləri ilə yanaşı, onlar üçün tutucu raketlərin tədarükü də daxildir.
TAGS Manşet