“Azerspace-1” peykinin əsas Yerüstü İdarəetmə Mərkəzi dekabra hazır
“Azərkosmos” ASC “Azerspace-1” peykinin əsas Yerüstü İdarəetmə Mərkəzinin yaradılması üzrə işləri qurtarır. Bu barədə “AzeriDefence”yə “Azərkosmos” ASC-dən məlumat verilib.
Artıq binanın tikintisi və müvafiq avadanlıqların qurulması işləri başa çatmaq üzrədir. Paralel olaraq Yerüstü İdarəetmə mərkəzinin IT infrastrukturu qurulur. Mərkəzin dekabr ayında istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, “Azərkosmos”un əsas idarəetmə mərkəzi ilə yanaşı ehtiyat idarəetmə mərkəzinin də tikintisi davam etdirilir.
KATEQORIYA: Aerospace