“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla başa çatıb

“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla başa çatıb

Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) iştirakı ilə keçirilən “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla yekunlaşıb.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.

Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər.

Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.

Təlimin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

021d01577e3ab503387715256e1719f9 ece1de807b21ff516501f525429fa370 1c7da0782343e9f583f7d8e2a5f29012 55dbcb91f8618dd9714c0548fa27fb8d 702afa1d99c0fbb5d9a09ad8419310d8 e6686cec8d27d34173b228fe4c4084c8 fd17037b81db39240b1f95f969421476 d12d0184f6c15c5e0e1dcc5cf39cb733

CATEGORIES