Azərbaycan-Almaniya qərargah danışıqları keçirilib

Bu gün Bakıda Azərbaycan-Almaniya qərargah danışıqları keçirilib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə çıxış edən Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov iki ölkə arasında hərbi əlaqələrin mövcud durumundan danışıb. Görüşdə Cənubi Qafqaz regionunda vəziyyət, beynəlxalq hərbi missiyalar, Avro-Atlantik təhlükəsizlik, Azərbaycan-NATO əlaqələri və əməkdaşlığın perspektivləri ətrafında geniş müzakirələr aparılıb.

KATEQORIYA: