Aerospace
Azərbaycan “Buk” ZRK-ləri də ilk dəfə paradda nümayiş etdirəcək

Azərbaycanın “Buk” zenit raket komplekslərinin (ZRK) iyunun 26-da keçiriləcək hərbi paradda nümayişi planlaşdırılır. Bu barədə “AzeriDefence.com” saytına hərbi mənbələrdən məlumat verilib.
Artıq adıçəkilən kompleksin hərbi paradda nümayişi təsdiqlənib və iyunun 18-də əmin ZRK paytaxtın mərkəzində “Azadlıq” meydanı yaxınlığında, texnikaların cəmləşdirildiyi əraziyə gətirilib.
Qeyd edək ki, paradda həmçinin yeni alınmıç “Tor” ZRK-ləri də nümayiş olunacaq.
“Buk” ZRK-lərin Belarusdan satın alındığı bildirilir.



