Azərbaycan FHN İtaliyadan 10 ədəd skuter alıb
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) xilasetmə xidməti üçün bu il İtaliyadan 10 ədəd skuter alıb. Bu barədə “AzeriDefence” FHN-in Dövlət Sularda Xilasetmə Xidmətindən məlumat əldə edib.
Ümumilikdə İtaliyadan bu il 10 ədəd “Benelli-110” və “Bombardier SEA-215” tipli skuterlər satın alıb.
Skuterlər müxtəlif su hövzələrindəki xilasetmə məntəqələrinin iistifadəsinə verilib.
FHN tərəfindən 2011-ci ildə isə 14 ədəd anoloji üzmə vasitəsi satın alınaraq istifadəyə daxil edilib.
KATEQORIYA: Müdafiə