Azərbaycan, Gürcüstan və ABŞ hərbçilərinin birgə təlimi planlaşdırılır
Azərbaycan, Gürcüstan və ABŞ hərbçilərinin birgə təlimi planlaşdırılır. Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq NATO-dan məlumat verilib.
NATO-nun egidası altında keçiriləcək tədbirin tarixi hələ bəlli deyil. Böyük ehtimalla təlimin cari ilin sonu, 2013-cü ilin əvvəllərində keçirilməsi gözlənilir.
Gürcüstanda keçirilməsi nəzərdə tutulan təlimdə böhran vəziyyətində hərbi qüvvələrin birgə fəaliyyəti imkanları nəzərdən keçiriləcək.
KATEQORIYA: Müdafiə