Aerospace

Azərbaycan MiQ-29M/M2 tipli döyüş təyyarələri ala bilər

Bəzi postsovet ölkələri yaxın perspekktivdə MiQ-29M/M2 tipli döyüş təyyarələrini satın ala bilər. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Rusiyanın nüfuzlu VPK qəzeti məlumat yayıb.Qəzetin məlumatına görə, Azərbaycan, Qazaxıstan və Türkmənistan MiQ-29M/M2-in potensial alıcıları ola bilər. Bu ölkələr qeyd olunan təyyarələrə maraqlarını ifadə ediblər.

Qeyd edək ki, bir yerli MiQ-29M və iki yerli MiQ-29M2 təyyarəsi döyüş yüklənməsi və bort silahlarının genişləndirilmiş nomenklaturası, uçuşun artırılmış uzaqlığı ilə “4++” nəsil çoxfunksiyalı döyüş təyyarələri hesab olunurlar.

Təkmilləşdirilmiş füzelyaj və qanada malik MiQ-29M/M2 təyyarələrinin yanacaq sisteminin həcmi artırılıb. MiQ-29M/M2 təyyarələri yaxşılaşdırılmış istismar xarakteristikaları, aqreqatların və sistemlərin yüksəldilmiş etibarlılığı ilə fərqlənirlər. Bu döyüş təyyarələrinin bort radio elektron avadanlığı MIL-STD-1553B standartı əsasında açıq arxitektura prinsipi üzrə qurulur. Tələbə görə sifarişçi təyyarədə Rusiyada, yaxud hansısa xarici ölkədə istehsal edilmiş avadanlığı və silahları yerləşdirə bilər. Təyyarədə həmçinin “Fazotron-NİİR” Korporasiyası tərəfindən istehsal edilmiş “Juk-ME” çoxfunksiyalı bort radiolokasiya stansiyası qurulub. Əvvəlki nəsil bort RLS-ləri ilə müqayisədə “Juk-ME” daha böyük diapazona, iki dəfə artırılmış aşkar etməyə malikdir. RLS 10 hava hədəfini eyni vaxtda izləməyə və onlardan dördünə qarşı raket atəşi ilə döyüş aparmağa imkan verir.

Back to top button