
Təlimə hərbi aviasiya da cəlb olunubAzərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə APA agentliyi Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
İyulun 9-dan başlayan təlimlər həftənin sonuna qədər davam edəcək.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimə Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.
Təlimlərdə müasir texnika və silahlardan istifadə olunması nəzərdə tutulur.



