Müdafiə

Azərbaycan Ordusunun genişmiqyaslı təlimi başlayıb

Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.Təlimlərə bütün qoşun növləri – Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Təlimlər müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilir.

Qeyd edək ki, bu ilin ötən dövrü ərzində Azərbaycan Ordusu cəbhə xəttində və Naxçıvan Muxtar Respublikasında bir neçə genişmiqyaslı hərbi təlimlər keçirib.

Back to top button