Aerospace

Azərbaycan prezidenti Türkiyədə istehsal edilən aviasiya vasitələri ilə tanış olub – FOTOLAR

Prezident T-129 ATAK helikopterinin və “Hürkuş” təyyarəsinin uçuşunu izləyib
Ankarada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gül ilə birgə TAI (Türk Havacılık ve Uzay Sanayii A.Ş.) şirkətinin müəssisəsində olub. TAI şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, müəssisədə Azərbaycan prezidentinə Türkiyə aviasiya sınayesində həyata keçirilən T-129 ATAK, “Anka” pilotsuz uçuş aparatı, “Hürkuş” təlim-təhsil təyyarəsi layihələri barədə bilgi verilib.

Dövlət başçılarını müəssisədə Türkiyənin energetika naziri Taner Yıldız, milli müdafiə naziri İsmət Yılmaz və çüdafiə sənayesi katibi Murad Bayar müşaiyət edib.

Hər iki prezident uçuş qülləsindən “Hürkuş” təlim təyyarəsinin və T-129 ATAK helikopterinin nümunəvi uçuşlarını izləyiblər.

Uçuşlardan sonra TAI baş direktoru Məhərrəm Dörtkaşlı tərəfindən prezidentlərə brifinq verilib. Azərbaycan prezidentinə xatirə hədiyyəsi, həmçinin T-129 ATAK helikopterinin, “Anka” PUA və “Hürkuş” təyyarəsinin maketləri hədiyyə edilib.

eliyev atakda

atakda

cumhur azb

pr atakaz

president az

anka az

large anka

large atak

large silt

large hurkus takdim

large ebru

dddmatak

pr taide

Back to top button