Azərbaycan “Rapiscan” firması ilə təhlükəsizlik avadanlıqlarının alınmasına dair müqavilə bağlayıb
Azərbaycan hökuməti ilə dünyada təhlükəsizlik sistemlərinin aparıcı istehsalçılarından olan “Rapiscan Systems” şirkəti arasında təhlükəsizlik avadanlıqlarının satın alınmasına dair müqavilə imzalanıb. Bu barədə “AzeriDefence”yə “Rapiscan Systems” şirkətindən məlumat verilib.
Martın 8-də imzalanmış müqaviləyə əsasən, “Rapiscan” şirkəti “Eurovision-2012” musiqi yarışmasının keçiriləcəyi obyekti təhlükəsizlik sistemləri ilə təchiz edəcək.
Müqavilə Rapiscan 620XR X-ray cihazı və Metor 6M metal detektorunun çatdırılmasını əhatə edir.
Ümumilikdə “Eurovision-2012” yarışmasının keçiriləcəyi Bakı Kristal Sarayda 150-dən artıq Rapiscan təhlükəsizlik sistemi qurulacaq.
CATEGORIES Müdafiə