Azərbaycanın ilk peykinin resurslarını “On Air” şirkəti istifadə edə bilər

Azərbaycanın ilk telekommunikasiya peykinin resurslarını İsveçrənin “On Air” şirkəti istifadə edə bilər. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə jurnalistlərə “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev məlumat verib.

R. Nəbiyevin sözlərinə görə, artıq adıçəkilən şirkətlə danışıqlar aparılıb. Peyk orbitə çıxarılandan sonra onun resursları “On Air” şirkəti tərəfindən istifadə edilə biləcək.

“Azərbaycanın ehtiyacları üçün peykin resurslarının təqribən 20%-i istifadə ediləcək. Qalan resursları beynəlxalq bazarda reallaşdırılacaq. Peykin resursları rabitə və teleradio yayım xidmətinin göstərilməsi üçün Malayziya şirkəti tərəfindən həyata keçiriləcək. Peykin orbitə buraxılışı cari ilin noyabr-dekabr aylarına planlaşdırılıb”, – deyə R. Nəbiyev vurğulayıb.

CATEGORIES