Azərbaycanın ov silahları bazarı 2011-ci ildə 20% böyüyüb – ARAŞDIRMA

Ötən il Azərbaycanın ov silahları bazarında təxminən 20%-ə yaxın böyümə olub. “AzeriDefence” saytının Bakı, Gəncə və Sumqayıt şəhərində ov silahlarının satışını həyata keçirən mağazalarda apardığı sorğunun nəticələrinə görə, əvvəlki illərlə müqayisədə Azərbaycan bazarında Türkiyə, İtaliya və İspaniya istehsalı olan silahlara maraq və tələb artıb. Bununla yanaşı hələ də bazarda keçmiş SSRİ dönəmində istehsal olunmuş ov tüfəngləri (hazırda Rusiyada istehsal edilənlər deyil) öz üstünlüyünü qoruyub saxlayır. Bu da həmin silahların daha keyfiyyətli olması ilə əlaqələndirilir.

Hazırda Azərbaycan bazarında Türkiyə istehsalı olan “Huğlu” ov tüfəngləri daha çox tanınır və üstünlük təşkil edir.

Satıcı şirkətlər tərəfindən ölkə ərazisində quş ovuna icazənin veriləcəyi təqdirdə tüfəng və ov ləvazimatlarının satışında minimum 3 dəfə artım proqnozlaşdırılır.

Qeyd: Ov silahları bazarındakı vəziyyətlə bağlı araşdırmanı siz yaxınlarda www.azeridefence.com saytı üzərində yayımlanacaq on-line dərgimizdə oxuya bilərsiniz.

KATEQORIYA: