TəhsilSənayeXəbərlər

AzTU məzunlarının AZROKSAN-da işə qəbulu üçün müsahibələr təşkil olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsi və Karyera və məşğulluq mərkəzinin birgə təşəbbüsü ilə AZROKSAN şirkətinin nümayəndələri ilə fakültənin məzunlarının görüşü təşkil olunub.

AzTU-nun Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, məqsəd məzunların ixtisaslarına uyğun iş imkanlarının artırılması, onların əmək bazarına uğurlu inteqrasiyası və universitet-sənaye əməkdaşlığının daha da möhkəmləndirilməsidir.

Görüş çərçivəsində məzunlarla onların ixtisas istiqamətlərinə uyğun fərdi işə qəbul müsahibələri keçirilib. Müsahibələrin nəticələrinə əsasən namizədlərin böyük əksəriyyəti seçim mərhələsini uğurla keçərək şirkət nümayəndələri tərəfindən müsbət qiymətləndirilib.

AZROKSAN şirkətinin nümayəndələri müsahibələr zamanı məzunların nəzəri biliklərini, praktik hazırlıq səviyyəsini və peşə bacarıqlarını yüksək qiymətləndiriblər. Şirkət təmsilçiləri AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsində hazırlanan mütəxəssislərin müdafiə sənayesinin tələblərinə cavab verdiyini və onların gələcək karyeraları üçün yüksək potensiala malik olduqlarını qeyd ediblər.

Back to top button