BƏƏ 600 zirehli döyüş maşını üçün tender açdı

Birləşmiş Ərəb Əmirlikləri 8×8 təkər formuluna malik 600 ədəd zirehli döyüş maşınının satın alınmasına dair beynəlxalq tender elan edib. “AzeriDefence” saytının bildirdiyinə görə, bu barədə “Janes Defence Weekly” məlumat yayıb.

Təchizatçı şirkətlər mart ayında Birləşmiş Ərəb Əmirlikləri hökumətinə öz cavablarını təqdim etməlidir.

Müsabiqədə ARTEC konsorsiumu “Boxer”, “BAE Systems Land System South Africa” RG-41, FNSS Savunma Sistemləri “Pars”, “General Dynamics European Land Systems” “Piranha-5”, “İveco Defence Systems” “Freccia”, “Nexter Systems” VBCI, Otokar “Arma”, AMV şirkəti “Patria”, “Rosoboronexport” şirkəti BTR, “Ukrspetsexport” şirkəti isə BTR-4 maşınları ilə iştirak edəcək.

Qeyd edk ki, 2011-ci ilin yayında iddiaçılar öz maşınlarını Birləşmiş Ərəb Əmirliklərinin ərazisində sınaqların keçirilməsi üçün təqdim edib.

KATEQORIYA: