“BAE Systems” şirkəti istehsalçı ölkələrin “Eurofighter Typhoon” qırıcılarına avionika dəstəyi göstərəcək

“BAE Systems” şirkəti istehsalçı ölkələrin “Eurofighter Typhoon” qırıcılarına avionika dəstəyi göstərəcək

“BAE Systems” şirkəti “Eurofighter Typhoon” döyüş təyyarəsinin istehsalçı ölkələrinə (Böyük Britaniya, Almaniya, İtaliya və Niderland) növbəti beş il ərzində ilə avionika dəstəyi göstərəcək.

“Poliqon” “BAE Systems”ə istinadə xəbər verir ki, bunun üçün şirkət istehsalçı ölkələr ilə ümumi dəyəri 80 milyon avro olan müqavilələr imzalayıb.

Müqavilələrin şərtinə əsasən, şirkət Böyük Britaniya, Almaniya, İtaliya və Niderland Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya parkında yer alan “Eurofighter Typhoon” döyüş təyyarələrinin avionika sistemlərinə təmir və servis dəstəyi verəcək.

Qeyd edək ki, indiyə qədər doqquz ölkə ümumilkdə 681 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi satılıb.

Poliqon.az

CATEGORIES
TAGS