“BAE Systems” şirkəti LRASM raketləri satacaq

“BAE Systems” şirkəti LRASM raketləri satacaq

“BAE Systems” şirkəti uzun mənzilli gəmi əleyhinə LRASM (Long Range Anti-Ship Missile) raketlərin satışı barədə 117 milyon ABŞ dolları məbləğində müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Müqavilənin həyata keçirilməsində “Lockheed Martin” şirkəti tərəfdaşlıq edəcək. Şərtlərə əsasən “Lockheed Martin” şirkəti müqaviləni 2023 -cü ilin aprel ayına qədər tamamlamalıdır.

Özütuşlama texnologiyası LRASM raketinin ənənəvi naviqasiya sistemlərindən daha az asılı edərək konkret dəniz hədəflərini mürəkkəb şəraitlərdə aşkar və məhv etməyə imkan verir. Yeni nəsil özütuşlama başlığının quruluşu ümumi raket xərclərini azaldır. Ümumilikdə isə yenilənmiş uzun mənzilli gəmi əleyhinə AGM-158C LRASM raketi istehsal xərclərini azaldan təkmilləşdirilmiş quruluşa malikdir.

“BAE Systems” şirkətinin radiotezlikli sensor məhsulları üzrə direktoru Bruce Konigsberg bildirib ki, ABŞ-a və müttəfiqlərinə bənzərsiz qabiliyyətlər təmin edən əlverişli sistemlər təqdim etməyə qərarlıyıq. İstehsalata ziyan vermədən yaradılması və sınaqdan keçirilməsi daha asan olan effektiv axtarış sistemləri hazırlamışıq.

LRASM müqaviləsi, ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ), ABŞ Hərbi Hava Qüvvələri (HHQ) və Xarici Hərbi Satış (FMS – Foreign Military Sales) proqramı vasitəslə ABŞ müttəfiqləri üçün raketləri, habelə tədqiqat, inkişaf, sınaq və qiymətləndirmə xidmətlərini dəstəkləyəcək.

Qeyd edək ki, yeni nəsil LRASM gəmi əleyhinə raketi 2018-ci ilin dekabrında ilkin döyüş hazırlığı vəziyyətinə çatdırılıb. Bu günədək B-1B “Lancer” strateji bombardmançı təyyarələri və F/A-18 “Super Hornet” göyərtə qırıcıları yeni gəmi əleyhinə LRASM raketinin daşıyıcısı olaraq təsdiqlənib.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi 2018 -ci ilin payızında ABŞ HHQ-nin ehtiyacları üçün 23 ədəd, 2020-ci ildə isə daha 48 ədəd yeni nəsil LRASM gəmi əleyhinə raketi sifariş verib. 2020-ci ildə imzalanmış müqavilənin ümumi dəyəri 167,47 milyon ABŞ dollar təşkil edib.

LRASM raketinin yaradılması üzərində işlərə 2009 -cu ildə başlanılmış və ilk sınaqlar 2013-cü ildə keçirilmişdir. Raketin uçuş məsafəsi təxminən 1000 km, döyüş başlığının çəkisi isə 450 kq -dır.

Raketin forması və xüsusi örtüyü radiolokasiya görüntüsünü azaltmağa kömək edir, verilmiş kvadratdakı hədəfləri aşkar və ayırd (identifikasiya) etməyə, həmçinin hədəfləri öz aralarında paylayaraq digər raketlərlə əlaqə qurmağa imkan verən sensorlarla təchiz olunub.

Aha 2

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS