ABŞ Ordusu əlavə M109A7 ÖAQ sifariş verib

ABŞ Ordusu əlavə M109A7 ÖAQ sifariş verib

ABŞ Ordusu “BAE Systems” şirkətinə əlavə M109A7 özüyeriyən artilleriya qurğuları (ÖAQ) sifariş verib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi saytında məlumat paylaşılıb.

Pentaqondan bildiriblər ki, mövcud müqaviləyə 57 milyon ABŞ dollarl məbləğində əlavə razılaşma imzalanıb. Müqaviləyə M992A3 tırtıllı zirehli artilleriya təchizatı maşınları da daxil olunub.

Orijinal ÖAQ şassisi kimi, M992 maşını da zirehli gövdə və kabina təchiz olunub ki, bu da maşını atıcı silahlardan və kiçik qəlpələrdən qorumağa qadirdir.

Əlavə razılaşma üzrə işlər 30 dekabr 2027-ci il təxmini tamamlanma tarixi ilə Pensilvaniya ştatının York şəhərində həyata keçiriləcək.

M109 maşın ailəsindəki ən müasir özüyeriyən M109A7 haubitsası ABŞ Ordusunun ordu zirehli tank briqadalarının döyüş qruplarının əsas artilleriya qurğusudur. Modernləşdirilmiş maşın rəqəmsal atəşi idarəetmə sistemi və təkmilləşdirilmiş yarımavtomatik doldurma sistemi ilə təchiz edilib.

2012-ci il nümunəli M109A7 (keçmiş M109A6 PIM) ÖAQ M109A6 “Paladin” özüyeriyən artilleriya qurğusunun əhəmiyyətli modernləşdirilmiş variantıdır və sonrakı təkmilləşdirmələr üçün özündə yer saxlayır. Özüyeriyən artilleriya qurğusunun hidravlik ötürücüləri elektrik analoqlarla əvəz olunub ki, bu da əlavə döyüş dəstinin yerləşdirilməsi üçün boş yeri artırıb.

M109A7 ÖAQ qismən M2 “Bradley” piyada döyüş maşını (PDM) ilə unifikasiya edilib. Onun şassisi təkmilləşdirilmiş asqı elementləri, 675 at gücünə sahib daha güclü Cummins V903 mühərriki və M2 “Bradley” PDM-dən HMPT-800 transmissiyası ilə əvəz edilib. ÖAQ həmçinin sistemlərin və qurğuların vəziyyətinə nəzarət etmək üçün kompüter sistemi ilə təchiz edilib.

Modernləşdirmə nəticəsində daxili məkan artırmış, kütlə və soyutma qabiliyyətini azalmış, bütün bunlar yeni texnologiyaların əlavə tətbiqləri üçün potensial təmin etmişdir.

Qeyd edildiyi kimi, özüyeriyən qurğunun konstruksiyasına M2 “Bradley” PDM-in ümumi şassisi, mühərrik, transmissiya, asqı, sükan idarəetməsi və təkmilləşdirilmiş sağqalma qabiliyyəti daxildir. Eyni zamanda qurğuda “Non-Line-of-Sight Cannon” (“Görmə xətti olmayan top”) proqramının həyata keçirilməsi zamanı hazırlanmış texnologiyalardan istifadə edilib ki, bu da 2000-ci illərin əvvəllərində FCS (Future Combat Systems – Qabaqcıl Döyüş Sistemləri) proqramının həyata keçirilməsi zamanı bağlanan proqramlardan sonuncusu idi. Bu texnologiyalara, məsələn, bortda 600 voltluq güc sistemi daxildir. Müasir “rəqəmsal skelet” və kifayət qədər elektrik enerjisi yaratmaq qabiliyyəti gələcək faydalı sistemlər üçün əhəmiyyətli artım potensialı təmin etməklə yanaşı, gələcək döyüş şəbəkəsi tələblərinə cavab verir.

ÖAQ-ın əsas silahı M182 dəzgahıns quraşdırılmış 155 mm-lik M284 haubitsadır. Haubitsa 24 km məsafəyə adi mərmiləri, 30 km məsafəyə isə aktiv-reaktiv mərmiləri atəş aça bilir. Haubitsa hidravlik avtomatik sistemlə doldurulur, atəş tezliyi dəqiqədə səkkiz atış təşkil edir. Bundan əlavə, qüllədə 12,7 mm M2 pulemyotu quraşdırılıb.

Qurğunun kütləsi 36.288 kq-a qədər artıb, 50 tona qədər artırma imkanı (lazım olduqda, əlavə zireh asıla bilər) da mövcuddur.

Xatırladaq ki, M109 ÖAQ ilk dəfə Vyetnam Müharibəsində döyüşlərdə istifadə edilib və sonradan ABŞ-nin iştirak etdiyi demək olar ki, hər bir hərbi münaqişədə tətbiq olunub. ABŞ Ordusu ilə yanaşı, NATO ölkələrinin qoşunları arasında geniş yayılıb, bir sıra digər ölkələrə də əhəmiyyətli miqdarda tədarük edilib və bir çox regional münaqişələrdə istifadə olunur.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS