Bakıda 3-cü Aerokosmik Modelçilik Festivalı keçiriləcək

Bakıda 3-cü Aerokosmik Modelçilik Festivalı keçiriləcək

2025 ci il 26 iyun tarixində Silahlı Qüvvələr Günü münasibəti ilə Bakıda 3-cü Aerokosmik Modelçilik Festivalı keçiriləcək.

“Poliqon” xəbər verir ki, Aerokosmik Modelçilik Festivalı-2025 “Yeni Texnologiaların İnkişafına Dəstək” ictimai birliyinin təşəbüsü ilə Bakı şəhəri Xəzər rayonu Hövsan qəsəbəsində yerləşən Aviamodellərin uçuş meydançasında baş tutacaq.

Qeyd edək ki, festival iki turdan ibarət olmaqla, ümumilikdə 10 növ üzrə keçiriləcək. Bunlar müvafiq olaraq raket modelçiliyi üzrə “S-3-B Paraşüt”, “S-3-C Paraşüt”, “S-4-D Raketaplan”, “S-6-A Paraşüt”, “S-6-B Streamer”, “S-6-C Streamer”, peyk (“CubeSat”), startap (Aerokosmik sahədə), dron, təyyarə modellərindən ibarətdir.

Həmçinin tədbirdə intellektual viktorina və aviaşou xarakterli helikopter və təyyarə modellərinin nümayişi nəzərdə tutulub. Aerokosmik Modelçilik Festivalında iştirakçılara texniki idman növü kimi aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktiki olaraq təkmilləşdirmək üçün şərait yaradılacaq.

Əvvəlki illərdən fərqli olaraq bu il Azərbaycanın tarixində ilk dəfə raket modelçiliyində “S-4-D Raketaplan” kateqoryası üzrə yarış keçiriləcək. Bu növ FAI nin tələblərinə uyğun olraq beynəlxalq dərəcəli kateqorya sayılır.

Bundan başqa, festivalda ilk dəfə olaraq aerokosmik sahədə startaplar da yarışacaqlar. Bu isə gənclərə sözügedən sahədə öz layihələrini gələcəkdə kommersiyalaşdırmağa imkan verəcək.

Festivalın əsas məqsədi və fəaliyyət istiqaməti Azərbaycanda raket və peyk modelçiliyi idmanının kütləviləşməsinə və inkişafına kömək etmək, innovativ gənclərin hərtərəfli və ahəngdar inkişafında, o cümlədən sağlam həyat tərzinin formalaşmasında bu texniki idman növünün rolunu artırmaqdan ibarətdir. Yüksək texnologiyalara əsaslanan raket və peyk modelçiliyi texniki idman növü təmiz havada intellektual aktivliyi və fiziki fəaliyyəti özündə birləşdirir. Yarışlar həm fərdi, həm də komanda halında olmaqla uçuşun hündürlüyü, müddəti və eniş dəqiqliyi üzrə keçirilir. Hazır modellərin aidiyyəti yarış səviyyəsi üzrə raketin və ya peykin detallılıq dərəcəsi və uçuşun reallığı qiymətləndirilir.

Festival Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Yaşat-Fondru, “Azərkosmos”, Aviasiya Akademiyası, “Aselsan-Bakü”, Hədəf STEAM Litseyi, IT INNOVATIONS, “Nəgiz” kliniksı, AzST, RC NASCAR-ın tərəfdaşlığı ilə baş tutacaq.

CATEGORIES
TAGS