
Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2025-ci ilin aprel ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.
“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin martında 538.8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə (2024-ci il aprel – 349.6 milyon ABŞ dolları) 2025-ci ilin aprel ayında ixrac olunan məhsulların dəyəri artıb.
Cari ilin ilk dörd ayı ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən 2.2 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib.




