Bakıda NATO/ABŞ ekspertlərinin iştirakı ilə işçi görüşü keçirilir
Bakıda NATO/ABŞ ekspertləri ilə Azərbaycan Silahlı Qüvvələri mütəxəssislərinin işçi görüşü başlayıb. Bu barədə “AzeriDefence” Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.
Görüş Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq keçirilir.
İki gün davam edəcək işçi görüşündə müdafiə planlaması, ABŞ-Azərbaycan münasibətləri, ABŞ-ın müdafiə siyasətində son dövrlər baş vermiş dəyişikliklər, strateji idarəetmə, SWOT (güclü və zəif cəhətlər, imkanlar və təhlükələr) prosesi kimi mövzular ətrafında birgə müzakirələr aparılacaq.
CATEGORIES Müdafiə