BAMF və “Sülhün kökləri” BMT-nin baş katibinə müraciət ünvanlayıblar

BAMF və “Sülhün kökləri” BMT-nin baş katibinə müraciət ünvanlayıblar

1945-ci il iyunun 26-da San-Fransiskoda (Kaliforniya) Müharibə Memorialının binasında Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsi imzalanıb. Belə bir əlamətdar gündə “Sülhün kökləri” təşkilatının qurucusu xanım Heidi Kuhn və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev BMT-nin Baş katibi Antonio Quttereşə birgə məktub ünvanlayıblar. Müraciətin məqsədi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə 18-ci maddə kimi mina probleminin əlavə olunmasıdır.

BAMF-dən “Poliqon”a bildiriblər ki, müraciətdə bəşəriyyətin mina problemi və onun acı nəticələri xüsusi vurğulanıb. Məktubda işğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları ilə tanışlıq məqsədilə H.Kuhnun U.Mirzəyev ilə birlikdə həmin ərazilərə səfərləri xatırlanıb.

Qeyd edək ki, bu il martın 30-dan aprelin 1-dək BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə Bakıda keçirilən “Humanitar Mina Aksiyası və Dayanıqlı İnkişaf Məqsədləri (DİM)” adlı beynəlxalq konfransında 18-ci DİM-in əlavə olunması məsələsi müzakirə olunub və bu təşəbbüs təşkilatçılarla yanaşı, iştirakçılar tərəfindən də yüksək dəstək alıb.

Xatırladaq ki, “Sülhün kökləri” və BAMF tərəfdaş təşkilatlardır və bu ilin mart ayında iki təşkilat arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Poliqon.az

CATEGORIES
TAGS