Banqladeş Rusiyadan AK-15 avtomatları alır

Banqladeş Rusiyadan AK-15 avtomatları alır

Rusiyanın “Kalaşnikov Konserni” Banqladeşə 2000 ədəd AK-15 avtomat tədarükünü elan edib.

“Poliqon” xəbər verir ki, bu barədə “Kalaşnikov Konserni”nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Rosoboroneksport” Səhmdar Cəmiyyəti ilə Asiya-Sakit Okean regionu ölkələrindən olan xarici müştəri arasında bağlanmış müqavilə əsasında sonuncunun maraqları üçün“Kalaşnikov Konserni” Səhmdar Cəmiyyətinin istehsalat sahəsində sürətləndirilmiş rejimdə avtomat silahlarının böyük partiyası istehsal edilib.

Yeni atıcı silahlar Banqladeşdə lisenziya əsasında istehsal olunmuş köhnəlmiş Çin avtomatlarını əvəz etməkdən ötrü alınır. Çox güman ki, AK-15 avtomatları Banqladeş Ordusunun əsas avtomatı olacaq və buna görə də tədarüklərin həcmi artacaq.

Banqladeş Quru Qoşunları Rusiyanın “Kalaşnikov Konserni” tərəfindən istehsal olunan 7,62×39 mm-lik patronlar üçün nəzərdə tutulmuş AK-15 avtomatlarının ilk partiyasını alacaq.

Bu silah satınalması barədə Banqladeş Müdafiə Satınalmaları Baş Direktorluğu (Directorate General Defense Purchase – DGDP) tərəfindən dərc edilmiş tender sənədində (#218.393.21 19.01.2022-ci il) bildirilir. Sənəddə 2000 ədəd AK-15 avtomatı partiyasının alınmasının nəzərdə tutulduğu göstərilir.

Banqladeş KİV-lərinin məlumatına görə, “Rosoboroneksport” SC-dən cavab 2022-ci il fevralın 16-dək alınmalıdır.

Artıq Rusiya avtomatlarının ilk partiyasının təlim mərkəzləri, hərbi akademiyalar və alay məktəbləri arasında paylanacağı açıqlanıb. AK-15 avtomatının Banqladeş Ordusunda silahlanmada olan çoxsaylı avtomatların əvəzedicisi hesab olunduğu üçün yeni alışlar ehtimalı çox yüksəkdir.

AK-15 avtomatı 7,62 mm çaplıdır. Avtomat AK avtomatının ənənəvi çaxmağı döndərin lülə kanalını kilidləməklə avtomatikanın qazçıxarma sxemini özündə saxlayıb. Yeni avtomat AK ailəsinin əvvəlki modellərinin maqazinlərindən istifadə edə bilir. Eyni zamanda avtomatın qazçıxarma bloku, qaz borusu, lülə qutusu və 415 mm uzunluğundakı lüləsi əhəmiyyətli dərəcədə təkmilləşdirilmişdir ki, bu da yaradıcıların fikrincə, yeni modeldən bütün rejimlərdə atəş açarkən yüksək dəqiqliyi təmin edir. Bundan başqa, bu model standart olaraq Picatinny rail tamasası, yeni tapança əl dəstəyi və altı mövqeli “Г” şəkilli teleskopik qundaq ilə təchiz edilib. Avtomatın boş maqazinlə kütləsi 3,5 kq-dır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS