Banqladeş sərhədinə “Retinar PTR” radarları yerləşdirilib

Banqladeş sərhədinə “Retinar PTR” radarları yerləşdirilib

Banqladeş Silahlı Qüvvələri Myanma ilə dövlət sərhədinə Türkiyə istehsalı “Retinar PTR” yerüstü müşahidə radarları yerləşdirib.

“Poliqon” xəbər verir ki, “Meteksan Savunma” şirkəti tərəfindən istehsal edilən “Retinar PTR” radarları 2019-cu ildə Banqladeşə ixrac edilib. Banqladeş Ordusu həm mobil, həm də sabit “Retinar PTR” radarlarından fəal şəkildə istifadə edir.

“Retinar PTR” radarı 4 km məsafədə piyada hərəkət edən insanları, 8 km məsafədə kiçik nəqliyyat vasitələrini və 10 km məsafədə iri nəqliyyat vasitələrini aşkar edir, həmçinin, iki və üç ölçülü xəritələrdə istifadəçinin ekranına proyeksiya edə bilir.

Bundan əlavə, radar mikro-dopler spektroqram analizi ilə hədəfin dopler imzasını çıxara və onun nəqliyyat vasitəsi, insan və ya heyvan olmasından asılı olmayaraq diaqnostik məlumat verə bilir. Radar az çəkisi sayəsində bütün əməliyyat aksesuarları ilə birlikdə kürək çantasında tək adam tərəfindən daşına bilir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS