“Barak ER” kompleksi seriyalı istehsala hazırdı

“Barak ER” kompleksi seriyalı istehsala hazırdı

İsrail Aerospace Industries (IAI) “Barak ER” hava və raketdən müdafiə sisteminin sınaqlarını tamamlayıb.

“Poliqon” xəbər verir ki, İsrail İctimai Televiziya və Radio Yayım Korporasiyasının (KAN) yaydığı məlumata görə, “Barak ER” kompleksi seriyalı istehsala buraxılıb.

“Barak ER” hava hücumundan müdafiə və raket əleyhinə müdafiə (HHM və RƏM) kompleksinin atəş məsafəsi 150 kilometrdir. Yeni komplekslər PUA-lar da daxil olmaqla ballistik raketləri və aviasiya vasitələrini məhv etmək üçün nəzərdə tutulub.

“Barak ER” kompleksinin əsas məqamlarından biri – onun həm yerüstü, həm də dəniz platformalarında quraşdırıla bilməsidir. “Barak ER” kompleksinin atəş məsafəsi 150 kilometrə çatır və məhv etdiyi hədəflər sırasına düşmənin pilotsuz uçuş aparatları (PUA) və ballistik raketləri də olmaqla bütün hava hədəfləri daxildir.

Kompleks, Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin hava hücumundan və raketdən müdafiəsini təmin edir.

Eyni zamanda, “Barak ER” kompleksinin əsas xüsusiyyəti, bütün komplekslər üçün ümumi bir komanda məntəqəsinin təşkil edilməsini tələb etməyən “şəbəkə mərkəzli” havadan və ya raketdən müdafiəni təşkil etməyə imkan verməsidir.

Döyüşü idarəetmə sistemi raketlərin uçuşunu real vaxt rejimində idarə etməyə imkan verir, operator isə döyüş zamanı raketləri aşkar olunan digər hədəflərə yönəldə bilir.

“Barak ER” kompleksi inersial naviqasiya sistemi və aktiv radiolokasiya özütuşlama başlığı təchiz edilib.

Xatırlatmaq lazımdır ki, “Barak ER” kompleksinin “sələfi” olan “Barak-8” zenit-raket kompleksi, praktiki tətbiqdə əla olduğunu sübut edib.

Qeyd etmək yerinə düşər ki, “Barak-8” kompleksi sayəsində Azərbaycan Ordusunun HHM bölmələri, 2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Bakıya və Azərbaycanın digər böyük şəhərlərinə atdığı bütün “İskəndər” raketlərini vurmuşdur.

Müqayisə üçün göstərmək olar ki, “Barak-8” ZRK-nin fəaliyyət radiusu – 70-90 km təşkil edir.

FB IMG 1618932818403

Azərbaycan Ordusunun silahlanmasında yer alan “Barak-8” kompleksi

Əhəd Əzizov

CATEGORIES
TAGS