BARKAN döyüş robotundan süzən sursat atılıb

BARKAN döyüş robotundan süzən sursat atılıb

Türkiyənin HAVELSAN şirkəti tərəfindən inkişaf etdirilən BARKAN 2 yerüstü döyüş robotu süzən sursat ilə atış həyata keçirib.

“Poliqon” HAVELSAN-a istinadən xəbər verir ki, BARKAN 2, 15 kilometr radiuslu ərazidə tapşırıq və fəaliyyətlər yerinə yetirərkən, tək bir qüllə üzərində quraşdırılan və eyni anda atış edə bilən iki buraxılış qurğulu sistemdən “Gürbağ Savunma” şirkətinin kəşfiyyat, müşahidə və kamikadze məqsədli süzən sursatını uğurla atıb.

Atışı həyata keçirilən süzən sursat elektrikli güc qurğusuna, 3000 metr uçuş yüksəkliyinə, 40 dəqiqə havada qalma müddətinə və 15 kilometr mənzilə malikdir.

Bildirilib ki, yerüstü döyüş robotundan bu tip süzən sursat və çoxsaylı buraxılış qurğusu atışı beynəlxalq arenada ilk olaraq qəbul edilir.

Ötən aylarda Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan BARKAN 1-ə modul quruluşu sayəsində müxtəlif faydalı yükləri tez bir zamanda inteqrasiya etmək mümkündür. Eyni zamanda BARKAN 2 də daha yüksək çəkindirmə qabiliyyətinə malik silah sistemlərinin inteqrasiya edilə bilməsi üçün hazırlanıb.

Qeyd edək ki, bundna əvvəl cari ilin yanvar ayında BARKAN 1 yerüstü döyüş robotu “Roketsan” şirkətinin METE idarəolunan mini-raketi ilə sınaq atışı yerinə yetirib.

CATEGORIES