Xəbərlər

Baş Qərargah rəisi dəniz piyadalarının təkmilləşdirilməsi ilə bağlı göstərişlər verib

Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev cari ilin yay aylarında Xəzər dənizinin Azərbaycana məxsus sektorunda keçiriləcək təlimlərə hazırlıqla bağlı göstərişlər verib.

“Poliqon”un məlumatına görə, general-polkovnik Kərim Vəliyev bu gün keçirilən xidməti müşavirədə həmçinin dəniz piyadalarının seçilməsinə, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməsi və digər məsələlərlə bağlı müvafiq göstərişlər verib.

Back to top button