Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün iyunun 23-də Moskva şəhərinə yola düşüb.

“Poliqon” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Poliqon.az

CATEGORIES
TAGS