
“Bayraktar KIZILELMA”nın TOLUN bombası ilə ilk uçuş sınağı keçirilib
“Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsi (PDT) ASELSAN istehsalı TOLUN miniatür bombası ilə keçirdiyi ilk uçuş sınağını uğurla tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün özünün “NSosyal” hesabında məlumat paylaşıb.
“Bu mühüm sınaq sadəcə bir sursatın inteqrasiyasından ibarət deyil, həm də “hava-yer” inteqrasiya qabiliyyətimizin çatdığı mərhələnin strateji göstəricisidir. TOLUN-un dəqiq zərbə gücü ilə KIZILELMA-nın manevr qabiliyyəti birləşəndə yaranan mənzərə gələcəyin döyüş doktrinalarına istiqamət verəcək səciyyədədir”, – deyə paylaşımda bildirilib.