
Türkiyənin Jandarma Baş Komandanlığı növbəti ATAK helikopterini təhvil alıb
Türkiyənin Jandarma Baş Komandanlığı TUSAŞ şirkəti tərəfindən istehsal edilən 14-cü T129 ATAK hücum helikopterini təhvil alıb.
“Poliqon” xəbər verir ki, bu barədə Jandarma Baş Komandanlığı məlumat yayıb.
Qeyd olunub ki, təhvil alınan “J-1924 Hürkuş” quyruq nömrəli ATAK helikopteri Jandarma Aviasiya Komandanlığının inventarına daxil edilib.