BƏƏ-nin IDEX-2025-də imzaladığı müqavilələrin dəyəri 6 milyard dolları ötüb

BƏƏ-nin IDEX-2025-də imzaladığı müqavilələrin dəyəri 6 milyard dolları ötüb

IDEX-2025 və NAVDEX-2025 sərgilərinin üçüncü günündə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfi yerli və beynəlxalq şirkətlərlə 3.77 milyard AED (1 milyard ABŞ dolları) dəyərində 12 müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu, “Tawazun” Şurasının sözçüləri Majed Ahmed Al Caberi, Mohammed Saif Al Zaabi və Mahra Belal Al Dhaherinin iştirakı ilə keçirilən mətbuat konfransında elan olunub.

Bildirilib ki, müqavilələr Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələri üçün satınalma və sövdələşmələrin idarə edilməsinə cavabdeh olan BƏƏ-nin “Tawazun” Şurası tərəfindən imzalanıb.

Beləliklə, sərgilərin ilk dörd günündə BƏƏ Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələri üçün ümumilikdə 23.72 milyard AED (6.4 milyard dollar) dəyərində 40 müqavilə imzalanmış olub.

CATEGORIES
TAGS