
BƏƏ-nin IDEX-2025-də imzaladığı müqavilələrin ümumi dəyəri açıqlanıb
IDEX-2025 və NAVDEX-2025 sərgilərinin sonuncu günündə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfi yerli və beynəlxalq şirkətlərlə 1.43 milyard AED (389.2 milyon ABŞ dolları) dəyərində 15 müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, bu, “Tawazun” Şurasının sözçüləri Majed Ahmed Al Caberi, Mohammed Saif Al Zaabi və Mahra Belal Al Dhaherinin iştirakı ilə keçirilən mətbuat konfransında elan olunub.
Bildirilib ki, müqavilələr Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələri üçün satınalma və sövdələşmələrin idarə edilməsinə cavabdeh olan BƏƏ-nin “Tawazun” Şurası tərəfindən imzalanıb.
Beləliklə, beş gün davam edən IDEX-2025 və NAVDEX-2025 sərgilərində BƏƏ Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələri üçün ümumilikdə 25.15 milyard AED (6.8 milyard dollar) dəyərində 55 müqavilə imzalanmış olub.