Bekxan Ozdoyev: Rusiya qlobal silah bazarındakı mövqeyini qoruyur

Bekxan Ozdoyev: Rusiya qlobal silah bazarındakı mövqeyini qoruyur

Rusiya sanksiyalara baxmayaraq, qlobal silah bazarındakı mövqeyini qoruyur.

“Poliqon” xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Rusiyanın “Rostex” Dövlət Korporasiyasının silah, sursat və xüsusi kimyəvi maddələr klasterinin sənaye direktoru Bekxan Ozdoyev deyib.

Son illərdə Rusiyanın ixrac sifarişləri portfelinin azalmadığını, əksinə, rekord həddə çatdığını söyləyən B.Ozdoyev, 2024-cü ilin sonunda bu rəqəmin 57 milyard ABŞ dollarını ötdüyünü bildirib.

“Xarici sifarişçilərin böyük marağı başadüşüləndir. Rusiyanın hərbi məhsulları döyüş şəraitində dəfələrlə sınaqdan keçirilib və öz üstünlüklərini sübut edib. Bundan əlavə, bu gün qlobal silah bazarında rəqabət qabiliyyətinin qiymətləndirilməsi üçün yeni meyarlardan danışmaq olar. Əgər əvvəllər “qiymət-keyfiyyət-effektivlik” prinsipi əsas götürülürdüsə, indi bu üçlük “qiymət-keyfiyyət-effektivlik-texnologiyaların adaptivliyi” formasında genişləndirilməlidir”, – deyə direktor vurğulayıb.

CATEGORIES