Belarus hərbi sənayesini modernləşdirməyə çalışır

Belarus hərbi hava və hava hücumundan müdafiə qüvvələrinin silah və texnika parkının modernləşdirilməsini əsas məqsəd kimi qarşısına qoyub.

“AzeriDefence”nin məlumatına görə, bu açıqlamanı keçirdiyi brifinqdə Belarusun hərbi hava və hava hücumundan müdafiə qüvvələrinin komandanı, general-mayor Dmitriy Poxmelkin verib.

Onun sözlərinə görə, modernləşmə müasir texnologiyaların alınması, milli müdafiə sənayesi sahəsində kompleks tədbirlərin görülməsi istiqamətində həyata keçirilir. Bu proses çərçivəsində Belarus müəssisələri hərbi hava və hava hücumundan müdafiə qüvvələri üçün “Bor”, “Polyana-RB”, “Rif-R” və “Rif-B” adlı avtomatlaşdırılan idarə etmə sistemi hazırlayıb.

D. Poxmelkin bildirib ki, Belarus daxili imkanlar hesabına raket əleyhinə sistemlərin istehsalı istiqamətində də zəruri işlərə başlamağa çalışır.

CATEGORIES