
Belarusda “Vostok-3D” radar kompleksinin sınaqları keçirilib
Həştərxan vilayətinin Aşuluk poliqonunda Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin keçirdiyi əməliyyat-taktiki təlim zamanı Belarusun müdafiə sənayesi müəssisəsində hazırlanmış “Vostok-3D” mobil üç koordinatlı, iki bantlı radar kompleksinin sınaqları keçirilib.
“Poliqon” xəbər verir ki, Belarusun Müdafiə Sənayesinin mətbuat xidmətinin yaydığı məlumata görə, təlim çərçivəsində “Vostok-3D” radar kompleksiin geniş bir diapazonda və uçuş yüksəkliklərində hədəflərin aşkarlanması və sabit izlənilməsi imkanları təsdiq olunub.
Kompleksin birgə istifadəsi zamanı müxtəlif tipli hava hədəflərinin, o cümlədən pilotsuz uçuş apartlarının, habelə müxtəlif növ qanadlı raketlərin aşkar etməsinin effektivliyi göstərilib.
Rizvan Fikrətoğlu