Belarusda yerli zərbə PUA-ların dövlət sınaqları keçirilib

Belarusda yerli zərbə PUA-ların dövlət sınaqları keçirilib

Belarusda yerli imkanlar hesabına hazırlanan “Kvadro-1400” və “Süzən boru” (rus. “Барражирующая труба” – ing. “Loitering pipe”) zərbə pilotsuz uçuş aparatlarının (PUA) dövlət sınaqları keçirilib.

“Poliqon” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yerli zərbə PUA-ların müxtəlif hava şəraitində keçirilən dövlət sınaqları uğurla tamamlanıb.

Kvadrokopter tipli “Kvadro-1400” və “Süzən boru” pilotsuz uçuş aparatları Belarusun “KB Display” şirkəti tərəfindən hazırlanıb. “Kvadro-1400” PUA perspektiv məmulatın sələfləri ilə müqayisədə üstünlüklərinə kəşfiyyat aparmaq və düşməni sığınacaq arxasından və arxa cəbhədən məğlub etmək bacarığı, istifadə yerinə asan çatdırılmanı təmin edən qatlanan quruluşu, xüsusi hazırlanmış uçuş və eniş sahələrindən istifadə ehtiyacının olmaması səbəbindən mürəkkəb relyefli ərazilərdə istifadə imkanı, kütləsi 10 kq-a qədər olan yüklərin çatdırılması üçün istifadə edilmə imkanı, məmulatın sürətlə hədəfə keçməsinə imkan verən həm video, həm də peyk naviqasiyasının istifadəsi aiddir.

“Kvadro-1400” PUA iki ədəd RPG-26 tank əleyhinə qumbaraatanla təchiz edilə bilir. Həm zərbə, həm də kəşfiyyat tapşırıqlarını yerinə yetirməyə qadirdir. “Kvadro-1400”də faydalı yük qismində giro-sabitləşdirilmiş asqıya quraşdırılmış 2 ədəd RPQ-26 tank əleyhinə reaktiv qumbaradan istifadə olunur. Çəkisi 45 kq olan “Kvadro-1400” PUA-nın havada qalma müddəti 25 dəqiqədir. 40 km/saat sürətlə 5 km-ə qədər uça bilər. PUA üzərinə quraşdırılmış avadanlıqdan asılı olaraq video məlumatları 6 min metrədək məsafəyə ötürür.

“Kvadro-1400”dən fərqli olarq “Süzən boru” PUA daha kiçikdir və bir ədəd RPG-26 qumbaraatan ilə silahlandırılıb. “Süzən boru” həmçinin kiçik ölçülü PTAB-2.5 və PTAB-10-5 aviasiya bombalarından istifadə edə bilir. “Süzən boru” PUA-nın uçuş çəkisi 10 kq-dan çox deyil. Sürəti 45 km/saat təşkil edən PUA-nın havada qalma müddəti 25 dəqiqə, uçuş məsafəsi 2 km-dir. “Süzən boru” bütün uçuş məsafəsi boyunca video məlumatları ötürə bilir.

“Kvadro-1400” PUA

“Kvadro-1400” PUA

4 DSC 7949

“Süzən boru” PUA

suzən boru

Poliqon.az

CATEGORIES
TAGS