Belarusdan ADEX-2022 sərgisinə geniş qatılım olacaq

Belarusdan ADEX-2022 sərgisinə geniş qatılım olacaq

Əvvəlki illərdə olduğu kimi Belarus hərbi sənaye kompleksi bu il də Bakıda keçiriləcək 4-cü ADEX-2022 Beynəlxalq Müdafiə Sərgisində geniş miqyasda təmsil olunacaq.

“Poliqon”un məlumatına görə, Belarusu sərgidə “Beltexeksport” QSC-nin rəhbərliyi altında 12 şirkət və dövlət müəssisəsi təmsil edəcək.

6-8 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirləcək ADEX-2022 sərgisində Belarusun “558-ci Aviasiya Təmiri Zavodu”, ABC, AQAT, “Belspetsvneshtechnika”, “Diaproyektor Roqaçevski Zavodu”, “Kamvol”, “Minsk Traktor Zavodu”, “Orşa Təyyarə Təmiri Zavodu”, “Zenit-BelOMO”, “KB Radar”, “140-cı Təmir Zavodu” və “LEMT BelOMO” şirkətləri öz məhsullarını və xidmətlərini təqdim edəcəklər.

Belarus şirkətlərinin stendində ən yeni müdafiə texnologiyaları, atəş sistemləri, döyüş geoməlumat sistemləri, optik və elektro-optik cihazlar, müxtəlif tipli hava hücumundan müdafiə vasitələri, radiolokasiya sistemləri və s. daxil olmaqla Belarus müdafiə sənayesinin imkanları təqdim olunacaq.

“558-ci Aviasiya Təmiri Zavodu” ASC Belarusda yeganə, postsovet məkanında geniş spektrli təmir xidmətləri, o cümlədən müxtəlif növ aviasiya vasitələrinin təmir və modernləşdirilməsini edən müəssisələrdən biridir. “558-ci Aviasiya Təmiri Zavodu”nun əsas fəaliyyət istiqamətlərinə “Su-22”, “Su-25”, “Su-27”, “Su-30”, “MiQ-29”, “An-2” və “Yak-130” təyyarələrinin, “Mi-17”, “Mi-171” və “Mi-35” helikopterlərinin əsaslı təmiri və moderniasiyası daxildir. Bundan başqa müəssisə tərəfindən təyyarələrin ehtiyat hissələrinin istehsalı; logistik dəstək, habelə xidmətin stasionar və mobil mərkəzlərinin yaradılması; avionika təmiri və istehsalı; “Satellite-M2” sisteminin və pilotsuz uçuş aparatlarının (PUA) istehsalı daxildir.

AQAT şirkəti müdafiə bazarı üçün döyüş idarəetmə sistemlərinin təchizatçısıdır. AQAT-ın əsas fəaliyyət sahəsinə zirehli döyüş maşınları, döyüş-kəşfiyyat texnikasının istehsalı, habelə yerüstü hərbi texnikanın modernləşdirilməsi və təmiri daxildir. Bundan başqa, AQAT tərəfidən radioelektron sistemlər, C4ISR, komanda informasiya mərkəzləri, kəşfiyyat kompleks və vasitələri, proqram təminatı, bulud həllər, radiostansiyalar, informasiya təhlükəsizliyi üçün həllər, pilotsuz sistemlər, o cümlədən kəşfiyyat PUA-ları və ərazinin minalardan təmizlənməsi üçün robot-texniki komplekslərin istehsalı həyata keçrilir.

“Minsk Traktor Zavodu” ASC həm xüsusi təkərli şassilərin, həm də ağır yük maşınlarının hazırlanması və istehsalı üzrə ixtisaslaşıb. “Minsk Traktor Zavodu” tərəfindən istehsal edilən VOLAT avtomobilləri Strateji Raket Qüvvələri, Quru Qoşunları, Hava Hücumundan Müdafiə Qüvvələri, Radiotexniki Kəşfiyyat Qoşunları, Mühəndis Qoşunları və Logistik Dəstək Xidmətlərində istifadə olunur. Şirkət məlumatlarına görə, bu avtomobillərin yükgötürmə və əlverişsiz yollarda yüksək keçiciliyə malik olması onları ön plana çıxardan əsas amillərdəndir. “Minsk Traktor Zavodu”nun fəaliyyət sahələrinə zirehli döyüş maşınları, zirehli transportyorlar, yüngül və ağır texnikanın zirehləndirilməsi, habelə yerüstü hərbi texnikanın modernləşdirilməsi və təmiri, loqistika, mühəndislik sistemi və qurğuları, təmir-təxliyə, şəxsi heyətin nəqli üçün texnika və qoşquların istehsalı daxildir.

“Orşa Təyyarə Təmiri Zavodu” ASC Belarusda “Mi” seriyalı helikopterlərin sertifikatlaşdırılmış təmiri, modernləşdriliməsi və texniki xidməti üzrə aparıcı müəssisədir. Müəssisə “Mi” seriyalı helikopterlərin çıxarıla bilən və çıxarılmayan avadanlığın, komponentlərin, yarımblokların, ölçü alətlərin, həmçinin idarəetmə avadanlığının təmirini, hərbi/mülki aviasiya texnikasına texniki qulluq göstərir.

“KB Radar” ASC Belarusda radar, elektron müharibə və radiomonitorinq sistemlərinin həm aparıcı tərtibatçısı, həm də istehsalçısıdır. Müəssisə məhsulun yaradılmasının konsepsiyanın hazırlanmasından prototipin yaradılmasına, davamlı istehsalın təşkilinə və məhsulun istismarına nəzarətə qədər olan tam dövrünü həyata keçirir. Şirkətin fəaliyyət sahəsinə: radioelektron sistemlər, C4ISR; radiolokasiya sistemləri; radioelektron mübarizə üzrə sistem və vasitələr; mobil əlaqə və radiorabitə əleyhinə əngəlləmə (maneə) sistemlərinin hazırlanması daxildir.

Poliqon.az

CATEGORIES
TAGS