Belçika F-16 qırıcılarını Ukraynaya göndərəcəyi vaxtı açıqladı

Belçika F-16 qırıcılarını Ukraynaya göndərəcəyi vaxtı açıqladı

Belçika F-16 döyüş təyyarələrini Ukraynaya 2025-ci ildə göndərəcək.

“Poliqon” xəbər verir ki, bunu “Bel RTL” radiosuna müsahibəsi zamanı Belçikanın müdafiə naziri Ludivine Dedonder deyib.

Onun sözlərinə görə, F-16-ların Ukraynaya göndərilməsi Belçikanın sifariş etdiyi F-35 qırıcılarını təhvil almasından sonra yerinə yetiriləcək.

Belçikanın müdafiə naziri bildirib ki, bu müddət ərzində ukraynalı pilotlara F-16 qırıcıları ilə bağlı təlim keçməyə davam edəcəklər.

Xatırladaq ki, ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən Belçika Hərbi Hava Qüvvələri üçün istehsal edilən ilk F-35 qırıcısı hazırda son montaj mərhələsindədir.

CATEGORIES