Belçika HHQ-nin ilk F-35 qırıcısı son montaj mərhələsindədir

Belçika HHQ-nin ilk F-35 qırıcısı son montaj mərhələsindədir

“Lockheed Martin” şirkətinin Belçika Hərbi Hava Qüvvələri (HHQ) üçün istehsal etdiyi ilk F-35 döyüş təyyarəsi son montaj mərhələsindədir.

“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, son montajda döyüş təyyarəsinin mühərriki və kanopisi quraşdırılacaq, elektron sistemləri sınaqdan keçiriləcək və boyanacaq.

Cari ilin sonunda döyüş təyyarəsi istehsal müəssisəsindən çıxarılaraq Belçikalı pilotların ABŞ-da ilkin təlim keçəcəyi Arizona ştatındakı Luke aviasiya bazasında yerləşdiriləcək.

Qeyd edək ki, 2025-ci ildə ilk F-35-lərin Belçikaya gətirilməsi və onların Floren aviasiya bazasında yerləşdirilməsi planlaşdırılır.

Poliqon.az

CATEGORIES
TAGS