
Belçika Polşadan “Piorun” daşınan zenit raket komplekslərini təhvil alıb
Belçika Silahlı Qüvvələri Polşa istehsalı olan “Piorun” daşınan zenit raket komplekslərini (DZRK) təhvil alıb.
“Poliqon” Belçika Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ilk “Piorun” DZRK-lər Xüsusi Əməliyyatlar Alayının istismarına verilib.
Polşanın “Mesko S.A.” şirkəti tərəfindən istehsal edilən “Piorun” kiçik bölmələr tərəfindən istifadə olunmaq üçün nəzərdə tutulmuş daşınan zenit raket kompleksidir. Kompleks dronlara, hücum helikopterlərinə və alçaqdan uçan hava vasitələrinə qarşı müdafiə təmin edir.
Qeyd edək ki, 2025-ci ilin may ayında Belçika və Polşa hərbi əməkdaşlığı gücləndirmək məqsədilə niyyət məktubu imzalayıb. Bu əməkdaşlıq çərçivəsində 40 ədəd “Piorun” DZRK və raketləri alınıb, həmçinin birgə təlimlərin təşkili və MANPADS sahəsində bilik mübadiləsi də nəzərdə tutulub.


