
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti başda Türkiyə Silahlı Qüvvələri olmaqla, beynəlxalq tərəfdaşlarına yüksək keyfiyyətli və effektiv yerli məhsullar təqdim etməklə sektora və ölkəyə töhfə verməyə davam edir.
MKE-dən “Poliqon”a bildirilib ki, son bir həftə ərzində müxtəlif say və kalibrlərdə aşağıdakı məhsulların çatdırılması həyata keçirilib:
Quru Qoşunları Komandanlığına:
- YARS-lar üçün 122 mm-lik raketlər;
- 120 mm-lik minaatan tüstü mərmiləri;
- KN-12 snayper tüfəngləri;
- 40 mm-lik qumbaraatan mərmiləri;
- 25 mm-lik zirehdələn mərmlər;
- 5.56 mm-lik patronlar.
Hərbi Hava Qüvvələri Komandanlığına:
- Mk82 aviasiya bombaları;
- Flare sursatları.
ASFAT-a:
- “Panter” haubitsası üçün avadanlıqlar.




