
Beş ölkə Rusiyanın Su-57 qırıcılarını almaqda maraqlıdır
Rusiyanın müdafiə sənayesi müəssisəsində seriyalı istehsal olunan Su-57 döyüş təyyarələrinin əldə edilməsi üçün beş xarici müştəri təklif göndərib.
“Poliqon” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyev məlumat verib.
Bildirilib ki, dövlət sifarişi əsasında istehsal olunan beşinci nəsil Su-57 döyüş təyyarəsinin 5 ədədi bu ilin sonuna qədər Rusiya Hava-Kosmik Qüvvələrinin (HKQ) təhvil veriləcək. Hazırda 76 ədəd çoxfunksiyalı Su-57 döyüş təyyarəsinin tədarükü üçün dövlət müqaviləsi yerinə yetirilir. 2024-cü ilin sonuna qədər Rusiya Hava-Kosmik Qüvvələrinə 22 ədəd Su-57 tədarük edilməsi və 2028-ci ilə qədər həmin sayın 76-ya qədər artırılması planlaşdırılır.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər
TAGS SU-57