Birgə müəssisələrə silah istehsalı və satışına dair icazə veriləcək

Birgə müəssisələrə silah istehsalı və satışına dair icazə veriləcək

Azərbaycanda döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr tərəfindən də həyata keçiriləcək.

“Poliqon” xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Poliqon.az

CATEGORIES
TAGS