Birləşmiş Ərəb Əmirlikləri Amerikadan 750 ədəd M-ATV alır
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Oshkosh Corporation şirkətindən 750 ədəd minaya istənilən ərazidən keçə bilən, minaya və pusquya davamlı nəqliyyat vasitələri (M-ATV Mine Resistant Ambush Protected All-Terrain Vehicles) satın alır. Bu barədə “AzeriDefence”yə Oshkosh Corporation şirkətinin marketinq bölməsindən məlumat verilib.
Müqavilə üzrə nəqliyyat vasitələrinin sayının artırılması da istisna deyil. İstehsalçı şirkət sifariş üzrə nəqliyyat vasitələrinin çatdırılmasını 2013-cü ilin yanvar-avqust ayları ərzində həyata keçirəcək.
Bu günə qədər Oshkosh şirkəti müştərilərə 9500 ədəd M-ATV çatdırıb.
BƏƏ-nin sifariş verdiyi nəqliyyat vasitələrinin birinin qiyməti 500 min-1 milyon dollar arasında dəyişir.
KATEQORIYA: Müdafiə