
BMP-3 PDM-lərinin yeni partiyası Rusiya Ordusuna təhvil verilib
“Yüksək Dəqiqlikli Komplekslər” holdinqi dövlət müdafiə sifarişi çərçivəsində istehsal edilən BMP-3 piyada döyüş maşınlarının (PDM) yeni partiyasını Rusiya Ordusuna təhvil verib.
“Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər”ə istinadən xəbər verir ki, çatdırılan BMP-3 PDM-ləri əlavə mühafizə dəstləri ilə təchiz edilib.
Rusiyanın “Rostex” Dövlət Korporasiyasının silah, sursat və xüsusi kimyəvi maddələr klasterinin sənaye direktoru Bekxan Ozdoyev, BMP-3-lərin orduya təhvil verilməsi ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi mart ayında cari ilin ilk ayları ilə müqayisədə döyüş maşınlarının istehsal həcmini 10 faiz artırıb.
“Ümumilikdə, 2022-ci ildən bəri “Rostex”də yüngül zirehli maşınların istehsal həcmi təxminən üç dəfə artıb”, – deyə B.Ozdoyev bildirib.