
Yaponiya Özünümüdafiə Qüvvələrinin inventarından 14 ədəd hərbi nəqliyyat vasitəsi Ukraynaya təhvil verilib.
“Poliqon” xəbər verir ki, bu barədə Yaponiyanın Ukraynadakı səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, 2024-cü ilin iyun ayına qədər Yaponiyanın Müdafiə Nazirliyi və Özünümüdafiə Qüvvələri Ukrayna hökumətinin müraciətinə cavab olaraq bu ölkəyə 101 ədəd texnika təhvil verib. 2024-cü ilin oktyabr ayında isə Yaponiya Özünümüdafiə Qüvvələrinə məxsus daha 30 ədəd nəqliyyat vasitəsinin Ukraynaya verilməsi barədə qərar qəbul edilib. Sonuncu partiyanın çatdırılması ilə sözügedən nəqliyyat vasitələrinin Ukraynaya tədarükü də tamamlanıb.




