
“Boeing” cari ilin birinci rübündə təhvil verdiyi aviasiya vasitələrini açıqlayıb – SİYAHI
ABŞ-ın “Boeing” şirkəti 2025-ci ilin birinci rübü ərzində sifarişçilərə təhvil verdiyi müdafiə təyinatlı məhsulların siyahısını açıqlayıb.
“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, çatdırılan məhsulların arasında helikopterlər üstünlük təşkil edib.
Cari ilin birinci rübündə şirkət tərəfindən sifarişçilərə təhvil verilən aviasiya vasitələri:
- 15 ədəd AH-64 “Apache” ağır döyüş helikopteri (4 ədəd yeni, 11 ədəd AH-64E v6 konfiqurasiyasına yüksəldilmiş);
- 3 ədəd CH-47 “Chinook” ağır nəqliyyat helikopteri (1 ədəd yeni, 2 ədəd CH-47F konfiqurasiyasına yüksəldilmiş);
- 1 ədəd MH-139 “Grey Wolf” çoxməqsədli helikopteri;
- 1 ədəd F-15 döyüş təyyarəsi;
- 5 ədəd F/A-18 döyüş təyyarəsi;
- 1 ədəd P-8 “Poseidon” patrul təyyarəsi.
TAGS Manşet