“Boeing” cari ilin ilk yarısında çatdırdığı aviasiya vasitələrinin sayını açıqlayıb – SİYAHI

“Boeing” cari ilin ilk yarısında çatdırdığı aviasiya vasitələrinin sayını açıqlayıb – SİYAHI

ABŞ-ın “Boeing” şirkəti 2025-ci ilin birinci yarısında sifarişçilərə təhvil verdiyi müdafiə təyinatlı məhsulların siyahısını açıqlayıb.

Bu barədə “Poliqon” “Boeing” şirkətinə istinadən xəbər verib.

Cari ilin ilk yarısında şirkət tərəfindən sifarişçilərə təhvil verilən aviasiya vasitələri:

  • 27 ədəd AH-64 “Apache” ağır döyüş helikopteri (6 ədəd yeni, 21 ədəd modernləşdirilmiş);
  • 8 ədəd CH-47 “Chinook” ağır nəqliyyat helikopteri (1 ədəd yeni, 7 ədəd modernləşdirilmiş);
  • 5 ədəd MH-139 “Grey Wolf” çoxməqsədli helikopteri;
  • 4 ədəd F-15 döyüş təyyarəsi;
  • 9 ədəd F/A-18 döyüş təyyarəsi;
  • 5 ədəd KC-46 yanacaqdoldurma təyyarəsi;
  • 2 ədəd P-8 “Poseidon” patrul təyyarəsi.
CATEGORIES
TAGS