“Boeing” əlavə PAC‑3 başlıqlarının tədarükü üçün müqavilə imzalayıb

“Boeing” əlavə PAC‑3 başlıqlarının tədarükü üçün müqavilə imzalayıb

“Boeing” şirkəti əlavə “Patriot Advanced Capability‑3 (PAC‑3) axtaran başlıqların istehsalı üçün təxminən 2.7 milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb.

“Poliqon” “Boeing”ı istinadən xəbər verir ki, şirkət illik 750 ədəd olmaqla, 2030-cu ilə qədər ümumilikdə 3000 ədəddən çox başlıq istehsal və tədarük edəcək.

“Boeing” baş podratçı “Lockheed Martin” şirkəti və ABŞ Ordusu ilə yaxından əməkdaşlıq edərək PAC‑3 tutucu raketlərinin istehsal sürətini artırmaq və yeni hədəflərə çatmaq üzərində çalışır. PAC‑3 başlıqları “Patriot” HHM sisteminin tutucu raketlərinə hipersonik təhlükələr, düşmən təyyarələri, ballistik və qanadlı raketlər də daxil olmaqla qabaqcıl təhdidləri tanımaq, izləmək və zərərsizləşdirmək imkanı verir. PAC‑3 tutucu raketlərinə tələbat Ukrayna, Yaxın Şərq və Hind-Sakit Okean regionunda son münaqişələr və sürətlə dəyişən təhlükə mühitləri səbəbindən artıb.

2025-ci ildə şirkət aylıq və 12 aylıq dövrlərdə ortalama istehsal rekordları qırıb və ilin sonuna qədər 650-700 ədəd başlığın tədarükünü hədəfləyir. İllər ərzində daxili investisiyalar, istehsal xətlərinin modernləşdirilməsi, təchizatçı tərəfdaşlıqlarının gücləndirilməsi və yeni 35000 kvadrat fut sahəyə malik genişlənmiş fabrikin tamamlanması “Boeing”in istehsal gücünü artırıb.

2000-ci ildən bəri “Boeing”, “Lockheed Martin”in subpodratçısı olaraq ABŞ Ordusuna 6000-dən PAC‑3 başlığı tədarük edib.

CATEGORIES